Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov institutun əməkdaşları professor Hidayət Cəfərov və tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov Ağstafa rayonu ərazisində yerləşən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda aparılan arxeoloji qazıntı işləri ilə tanış olublar.
Ərazidə aparılan qazıntıların rəhbəri tarix üzrə fəlsəfə doktoru, dosent Səfər Aşurovdur.