Xəbər verildiyi kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığına əsasən, parlamentdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üzərində iş davam edir. Ölkəmizdə dövlət qeydiyyatına alınmış 39 siyasi partiya yeni qanun layihəsi ilə bağlı təkliflərini artıq Milli Məclisə təqdim edib.
Bu barədə Pravda.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qeyd olunub ki, yeni qanun layihəsinin hazırlanması prosesində 20-dən artıq ölkənin bu sahədə təcrübəsi və Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələri də nəzərdən keçirilib.