BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağasif Şakiroğlu: “Prezidentin müraciəti son illərin reallığını tam əhatə edir”

“Prezident Əliyevin Novruz bayramı ilə bağlı xalqa ünvanladığı müraciətlə tanış oldum. Məlum müraciəti son illərin səmimi və reallığı tam əhatə edən müraciəti kimi qiymətləndirirəm. Belə bir həssas zamanda hesab edirəm ki, sözün həqiqi mənasında iqtidar-müxalifət münasibətləri dialoq müstəvisində olmalı, ölkəmizin, vətənimizin problemləri birgə həll olunmalıdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.

 

A.Şakiroğlu qeyd edib ki, bu istiqamətdə iqtidar rəsmilərinin ortaya qoyduğu mövqe, təşəbbüslə çıxış etmələri alqışa layiqdir: “Hazırda dünyada tüğyan edən Koronavirus, həmçinin neftin qiymətinin kəskin formada ucuzlaşması, dəyər itirməsi ölkəmizdə müəyyən iqtisadi, sosial problemlər yaradacaq ki, bu problemlərdən də məhz bu gün başladılmış müxalifət-iqtidar birliyi ilə fəsadsız çıxış mümkündür. Bu səbəbdən də dialoqa gəlməmiş, hər fürsətdə “müxalifətçilik” imitasiyası aparan şəxsləri ölkəmizin gələcəyi naminə dürüstlük nümayiş etdirməyə, səmimi olmağa çağırıram! Öz şəxsi eqolarına xalqı qurban verməyə öyrəşmiş müəyyən həmkarlarım xalqın gələcəyi barəsində də düşünsələr yaxşı olar! Hesab edirəm ki, ölkəmizdə yaranmaqda olan iqtidar-müxalifət dioloqunun yeni və daha böyük mərhələyə keçməsi, ölkədə formalaşmaqda olan yeni mühitinin şaxələnməsi, genişlənməsi və uğur əldə etməsi üçün də, iqtidar öz üzərinə düşən misiyanı tamamlamalı və hazırda həbsdə olan müxalif fəalların azadlığa qovuşması naminə zəruri siyasi qərarı verməli, əqidədaşlarımızın bizlərə, ailələrinə qovuşmaları naminə gərəkən addımları atmalıdır. Hesab edirəm ki, məhz bu tip addım iqtidar-müxalifət arasında başlanmış yeni mərhələnin əməli məhsulu ola bilər...”

Tarix: 19 Mart 2020, 20:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin