Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Yunanıstan hərbçiləri göyərtəsində azərbaycanlılar olan gəmiyə atəş açdı - YENİLƏNDİ

851
Paylaş:
Yunanıstan hərbçiləri göyərtəsində azərbaycanlılar olan gəmiyə atəş açdı -   YENİLƏNDİ

Yunanıstan hərbçilərinin Bozcaada yaxınlığında atəşə tutduqları türk gəmisi sahilə yan alıb.

Türkiyənin Sahil Mühafizə Xidmətinin iki katerinin müşayiət etdiyi “Anatolian” adlı rolker tipli gəmi 18 heyət üzvü ilə İstanbul boğazında Karanlıq limanına lövbər salıb.

Qeyd edək ki, dünən Bozcaadanın 11 mil cənubunda “Anatolian” adlı rolker tipli gəmiyə Yunanıstan tərəfindən atəş açılıb. Türkiyənin Sahil Mühafizə Xidmətinin katerləri hadisə yerinə gələnədək Yunanıstan heyəti tələsik ərazini tərk edib. Gəminin göyərtəsindəki 18 nəfərlik heyətin beşi Azərbaycan, üçü Türkiyə vətəndaşı olub. Gəmi heyətindən heç kim xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

***

00:18

Yunanıstan hərbçiləri Bozcaada yaxınlığında türk gəmisinə atəş açıb.

Bu barədə Türkiyənin Sahil Mühafizə Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Bozcaadanın 11 mil cənubunda “Anatolian” adlı rolker tipli gəmiyə Yunanıstan tərəfindən atəş açılıb. Türkiyənin Sahil Mühafizə Xidməti hadisə yerinə gələnədək Yunanıstan heyəti tələsik ərazini tərk edib. Gəminin göyərtəsindəki 18 nəfərlik heyətin beşi Azərbaycan, üçü Türkiyə vətəndaşı olub. Gəmi heyətindən heç kim xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

APA

Paylaş:

Ən son xəbərlər