Ümumdünya Ərzaq Proqramının (ÜƏP) rəhbəri Devid Bisli koronavirusa yoluxub. 

Pravda.az-ın xəbərinə görə, bu barədə təşkilatın rəsmi saytında dərc olunan bəyanatda bildirilib.

"Bir neçə saat əvvəl COVID-19 ilə bağlı keçdiyim testin müsbət nəticələrini aldım. Kanadaya rəsmi səfərdən sonra ABŞ-a qayıdarkən narahatlıq hiss etdim", - D.Bisli qeyd edib. O, hazırda özünü yaxşı hiss etdiyini deyib.Report