Prezident İlham Əliyev Novruz bayramı münasibətilə xalqımıza ünvanlandırdığı təbrikdə aktual və ciddi əhəmiyyət kəsb edən məsələlər üzərində dayandı. Və həyata keçirilən islahatların konkret nəticələrini, parlament seçkilərini xalqın iradəsinin ifadəsi kimi dəyərləndirdi, koronavirusun yaratdığı təhlükəli vəziyyətə qarşı mübarizənin aspektləri üzərində dayandı, onların lakonik təhlilini verdi, problemlərdən çıxış yollarının dəqiq reseptini təqdim etdi.
Prezidentimiz bəşəriyyəti bürüyən koronavirus bəlasının Azərbaycanda təsirini minimuma endirmək iradəsini, hər zaman olduğu kimi, bir daha xalqımızın sağlamlığına və ölkəmizin təhlükəzliyinə son dərəcə həssas yanaşdığını, bu baxımdan xüsusi olaraq yaşlı nəslə diqqətin artırılmasını önə çəkdi, insanlarımızı məsuliyyətli olmağa səslədi, dövlətimizin gördüyü önəmli işlərin təsnifatı üzərində dayandı, qarşıdakı günlərdə həyata keçiriləcək vəzifələrin anosunu verdi.
Ölkəmizin bütün sağlam qüvvələri bu gün birmənalı olaraq xalqımızla, dövlətimizlə və prezidentimizlə bərabərdir, onunla həmrəydir.
Təəssüf ki, başqa mənzərə də var: içimizdə milli dəyərlərini və milli mənsubiyyətini itirən, anti-Azərbaycan qüvvələrinin köləsinə çevrilən, müxalifət, illərdi ki, beşinci kalonun təmsilçisi kimi xəyanətkar rolunu oynamaqdadır.
Yaranmış təhlükəli durumdan istifadə edib, ölkəmizi xarabalığa çevirmək üzərindən şan-şöhrət və var-dövlət qazanmaq ehtirası ilə yaşayan anti-milli dairələr yenə də təxribatlara əl atır, xaricdəki havadarlarının diqtəsilə sosial şəbəkələrdə və İnternet TV-lərdə dövlətimizin ünvanına şər-böhtan yağdırır, insanlarda nifrət hissi, təşviş aşılamağa çalışır, xalqımıza və dövlətimizə düşmənçilik mövqelərini davam etdirirlər.
Prezidentin mövqeyi aydın və birmənalıdır: bu tip dairələrin Azərbaycanın siyasi mühitində yeri yoxdur. Tamamilə, doğru yanaşmadır.