Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin gündüz arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 19-22° isti, gündüz 25-29° isti, Bakıda gecə 20-22° isti, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65 % olacaq.