“Azərbaycan Ordusunun, yeri gələndə, İrəvana qədər getmək haqqı var. Deməli, Ermənistan Qarabağda öz silahlı qüvvələrini saxlayacaq, bu, qonşu ölkənin ərazi bütövlüyünə təcavüz sayılmayacaq, amma sən öz ərazi bütövlüyün haqda hay-həşir salacaqsan?!”.
"Azərbaycan Ordusunun İrəvana qədər getmək haqqı var" - Vasif İsmayıl
Pravda.az-ın xəbərinə görə, bunu ictimai fəal Vasif İsmayıl bildirib.
““Qarabağdakı erməni hərbi birləşmələrini Rusiya çıxarmalıdır” deyə fikir bildirənlər var, yəqin. On Noyabrda imzalanan üçtərəfli anlaşmada bu öhdəlik Ermənistanın üzərinə düşür. Beynəlxalq hüquqa əsasən bizim hərəkətlər tam legitimdir!” – V.İsmayıl qeyd edib.