Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun cari ilin 23 avqust tarixində BMT-nin Baş katibi Antonio Quterreşə ünvanlandığı Ermənistanın Azərbaycan ərazilərinin minalanması və davam edən digər qanunsuz hərbi faəliyətlərinə dair məktubu BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.
XİN-dən Pravda.az-a verilən məlumata görə, məktubda, Azərbaycanın Laçın rayonu ərazisində 2021-ci ildə Ermənistan Respublikasında istehsal olunmuş küllü miqdarda piyada əleyhinə minaların aşkar edilməsi faktı diqqətə çatdırılır. Bu faktın Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bir daha kobud şəkildə pozulduğunu göstərdiyi vurğulanır. Ermənistanın sözügedən üçtərəfli bəyanatın 4-cü bəndinə zidd olaraq Azərbaycan ərazilərindən qanunsuz hərbi birləşmələrini çıxarmadığı və hərbi fəaliyyətlərini dayandırmadığı məktubda qeyd olunub.