“Ermənistanın Azərbaycanla sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu bütün hərbi təyinatlı obyektlər darmadağın edilib. Onlar Azərbaycanln təhlükəsizliyinə təhdid yaradırdı. Bu obyektləri bərpa etmək üçün Ermınistana ən azı 4-5 il vaxt lazımdır”.
“Qisas qiyamətə qalmadı, düşmən bədəlini on qat artıq ödədi”
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Müşfiq Ələsgərli bildirib.
M.Ələsgərli qeyd edib ki, Azərbaycan həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürdü. Artıq nə indi, nə də gələcəkdə Ermənistan Azərbaycana heç bir real təhlükı yarada bilməyəcək: “Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki S-300 raketi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postu məhv edildi. Ermənistanda yüzlərlə yaralı var. Ermənistanın bütün parametrlərə görə itkiləri Azərbaycandan qat-qat çoxdur. Azərbaycan Ordusu Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını bir daha göstərdi. Son zamanlar Ermənistan ciddi cəhdlə revanşa, yeni hərbi əməliyyatlara, hücuma hazırlaşırdı. Həm Qarabağda, həm də sərhəddə təxribatların sayı artmışdı. Azərbaycan Ordusu məhz Ermənəstanın ərazisində cəmi 7 saat davam edən unikal əməliyyat gerçəkləşdirməklə bütün bu planları alt-üst etdi. Ermənistan başa düşməlidir ki, kiməsə, hansısa qüvvələrə arxalanıb Azərbaycanı fakt qarşısında qoya bilməz”.