ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker Bakıda Şəhidlər xiyabanını ziyarət edib.
ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Şəhidlər xiyabanını ziyarət etdi
Pravda.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
“ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Şəhidlər xiyabanında ehtiramını bildirib. Münaqişə nəticəsində yaxınlarını itirən ailələrə və yaxınlara başsağlığı veririk” – bildirilib.