Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

KTMT Ermənistana sülhməramlı göndərməyi planlaşdırmır

737
Paylaş:
KTMT Ermənistana sülhməramlı göndərməyi planlaşdırmır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nümayəndə heyəti bu gün axşam saatlarında İrəvana gedəcək.

Pravda.az-ın məlumatına görə, bunu KTMT-nın Birləşmiş Qərargahının rəhbəri Anatoli Sidorov bildirib.

Eyni zamanda o əlavə edib ki, Ermənistanla Azərbaycan sərhədində güc tətbiqindən söhbət getmir.

"Təşkilat münaqişənin sülh yolu ilə həllinə ümid edir", - deyə Sidorov vurğulayıb.

Onun sözlərinə görə, missiyanın göndərilməsi təklifi Putin tərəfindən irəli sürülüb və təşkilata üzv olan bütün dövlətlər tərəfindən dəstəklənib. Hələlik Ermənistana KTMT sülhməramlı kontingentinin göndərilməsindən söhbət getmir.

Paylaş:

Ən son xəbərlər