Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova sərhəddəki gərginliyə görə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistana birbaşa hərbi yardım göndərməməsi, vəziyyəti araşdırma missiyası göndərməsi ilə bağlı suala aydınlıq gətirib.
Pravda.az xəbər verir ki, Zaxarova erməni jurnalistin “Vəziyyət nə qədər gərginləməlidir ki, KTMT əhəmiyyətli müdaxilə eləsin?” sualına cavab olaraq KTMT-nin xüsusi missiyasının göndərilməsinin bu təşkilatın əhəmiyyətli müdaxilə imkanı olduğunu vurğulayıb.