""Uşaqpulu"nun verilməsi cəmiyyətdə çox müzakirə olunan mövzulardandır. Dövlət "uşaqpulu"nun əvəzində ünvanlı sosial yardım proqramları icra edərək sosial müdafiəyə ehtiyacı olan ailələrə daha ünvanlı şəkildə dəstək göstərir. Bu proqramın tətbiqinin müsbət nəticələri olsa da, bütün sferanı əhatə etmir. Ona görə də, düşünürəm ki, əhalinin sosial müdafiəsinə yönəlmiş sosial proqramlar dayandırılaraq yenidən uşaqpulunun verilməsi həyata keçirilərsə, daha yaxşı olardı".
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.