BURADA REKLAMINIZ OLA
BİLƏR

Siyavuş Novruzov: "Bu, sırf partiya yaratmaq xatirinə ortaya atılıb"

“Bu, sırf partiya yaratmaq xatirinə ortaya atılıb. Partiyanın tərkibinə baxanda artıq bəllidir ki, bu partiyadan hər hansı əhəmiyyətli iş gözləməyə ehtiyac yoxdur".

 

Pravda.az-ın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov sabiq səhiyyə naziri Əli İnsanovun yaratdığı yeni siyasi partiyadan danışarkən  deyib.

 

Onun fikrincə, kəmiyyət və keyfiyyət, məqsəd və vəzifə baxımından yeni təşkilata nəzər saldıqda görünür ki, ortada əhəmiyyətli siyasi təşkilat yaratmaq, alternativ layihələr təqdim etmək niyyəti yoxdur:

 

“Azərbaycan qanunvericiliyinə əsasən, istənilən vətəndaş siyasi partiya yarada bilər. Azərbaycanda  belə bir ifadə var: kor gözün nə faydası? Bu, bir daha göstərdi ki, Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti, ictimai-siyasi fəaliyyətlə məşğul olanların heç biri Əli İnsanova zərrə qədər dəyər vermir və onunla eyni sırada olmaq arzusunda deyil”. 

 

Qeyd edək ki, Əli İnsanovun yaratdığl yeni siyasi təşkilat Haqq Ədalət Partiyası adlanır. Əli İnsanov Təşkilat Komitəsinin sədri, Rəşad Abbaslı isə katibi seçilib. Təşkilat Komitəsinin üzvləri 15 nəfərdir.Modern.az

Tarix: 25 Noyabr 2019, 16:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin