Azərbaycan əsgəri Göyçə gölünün önəmli bir hissəsinə nəzarət edir. Oraların mənzərəsini əks etdirən görüntülər yadıma bir əhvalatı saldı.
ATƏT-ın xətti ilə bir qrup jurnalist Ermənistana getmişdik. Bizi Göyçə gölünə apardılar. Bir oteldə qalırdıq. Təbii ki, biz yerli Təhlükəsizlik Xidmətinin nəzarəti altında idik.
Nəsə, oteldəyəm. Bir qadın mənə yaxınlaşdı, qucaqlayıb hönkür-hönkür ağlamğa başladı. Dedi ki, biz Bakıda gül kimi yaşayırdıq. Müharibə başladı. Başımızı götürüb buraya qaçdıq. Burada bizi heç adam yerinə qoyan da yoxdur. Bizi ikinci dərəcəli ermən hesab edirlər...
Bakı üçün, qonşularım üçün o qədər darıxıram ki. Bütün həyatımız məhv olub. Biz burada yaşaya bilmirik. Getməyə də başqa bir yer tapmırıq. Allah müharibəni başlayanlara, bizləri düşmən edənlərə lənət eləsin...
Bakıya döndükdən sonra bu barədə yazmışdım da. Çoxları mənə dedi ki, o qadın elə Təhlükəsizlik Xidmətinin əməkdaşı olub. Artislik edib və s.