Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən, bu gün Bakıda və Abşeron yarımadasında zəif tozlu hava şəraiti müşahidə olunur.
Havada toz dumanı müşahidə edilir
Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova Pravda.az-a bildirib ki, dispers toz hissəcikləri Səbail rayonunda 1,1 dəfə normadan yüksək qeydə alınıb.
“Sinoptik vəziyyətə və eyni zamanda toz proqnoz modellərinə əsasən, müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir və gün ərzində davam edəcəyi gözlənilir”, - o əlavə edib.