Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Bakıda tarixi bina rəngləndi – “Bu, təsadüfi insanların Mədəniyyət Nazirliyində vəzifələrə təyin edilmələrinin nəticəsidir” - FOTO

1 044
Paylaş:
Bakıda tarixi bina rəngləndi – “Bu, təsadüfi insanların Mədəniyyət Nazirliyində vəzifələrə təyin edilmələrinin nəticəsidir” -     FOTO

“Bir neçə il əvvəl, Bakının Mərdanov Qardaşları küçəsindəki binanın gözəlliyindən yazmışdım. Təəssüf ki, bu gün o gözəllik yoxdur: ötən gün fasadın detalları tamamilə ləğv edib suvaq ilə örtüblər, tarixi binanın bir hissəsini rəngləyiblər.

Üstəlik, bina memarlıq abidəsidir və dövlət tərəfindən qorunur, bunu Qanunun 135-ci səhifəsindəki 3265 nömrəli yazı sübut edir!”

Pravda.az-ın xəbərinə görə, bunu tanınmış memar Elçin Əliyev bildirib.

E.Əliyev qeyd edib ki, memarlıq abidələrinin mühafizəsi sahəsində tam qarışıqlıq vüsət almaqda davam edir: “Bu, səriştəsiz, təsadüfi, mövzudan uzaq insanların Mədəniyyət Nazirliyində vəzifələrə təyin edilməsinin nəticəsidir. Yazıq, təhqir olunmuş Bakı! Min illik tarixi olan, taleyi “memarlıq” fırıldaqçılarının əlində olan qədim şəhər!”

Kənan

Paylaş:

Ən son xəbərlər