BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiyada səfərbərliyə qarşı etiraz aksiyalarında saxlanılanlar var

Rusiyanın paytaxtı Moskvanın mərkəzindəki Arbatda səfərbərliyə qarşı etiraz aksiyalarında saxlanılanlar var.

 

Ondan çox adam saxlanılıb. Aksiya iştirakçılarından biri saxlanılarkən huşunu itirib.

 

Polis yürüş başlayandan dərhal sonra etirazçıları saxlamağa başlayıb.

 

Etiraz aksiyasına oğulları çağırış yaşına uyğun olan qadınlar da qatılıb.

 

Sankt-Peterburqda 50-yə yaxın etirazçı Müqəddəs İsaak kilsəsinə yürüş edib. Etirazçılar “Müharibə yoxdur” və “Səfərbərlik yoxdur” şüarları səsləndiriblər. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, aksiya iştirakçıları saxlanılarkən dəyənəklərlə döyülür.

 

Xatırladaq ki, Prezident Vladimir Putin sentyabrın 21-də Rusiyada səfərbərlik elan edib. Bundan sonra Rusiyanın demək olar ki, bütün şəhərlərində etirazlar başlayıb. Bakı vaxtı ilə saat 20:45-ə olan məlumata görə, artıq 23 şəhərdə 364-dən çox insan saxlanılıb.

 

Report

Tarix: 21 Sentyabr 2022, 21:52   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin