Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Çeçen mühacir hökumətinin rəhbəri Əhməd Zakayev barədə müraciət yayıb.
Pravda.az xəbər verir ki, özünün teleqram kanalında müraciət yayımlayan Kadırov, nəyin bahasına olursa-olsun, Zakayevi tapacağını bildirib.
Kadırovun sözlərinə görə, Zakayevi birinci tapan şəxs onu məhv etməlidir:
“Mən onu tapacağam, hətta bütün dünya alt-üst olsa belə, məhkəməyə getməyə də hazıram. O, çeçen xalqının və çeçen kişilərinin şərəfini aşağılayır. Onu nə kişi, nə də qadın adlandırmaq olmaz, o, Ukraynada xüsusi əməliyyatda iştirak etməmək çağırışları ilə videolar çəkir, qaçmağı, vətənini tərk etməyi təklif edir.