BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Qəzaya uğramış avtomobillər barədə məlumatlar BDYPİ-nin informasiya sisteminə daxil ediləcək

Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi vasitəsilə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr icraya yönələcək.

 

Pravda.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə”də əksini tapıb.

 

Əsasnaməyə əsasən, system vasitəsilə aşağıdakılar da həyata keçiriləcək:

 

- baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəzifəli şəxslərinin səlahiyyətinə aid yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə tərtib edilmiş inzibati xəta haqqında protokollar və həmin xətalar haqqında işlər üzrə qəbul edilən qərarlar, o cümlədən məhkəmə qərarları, onların icrası barədə məlumatların axili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemə daxil edilməsi;

 

- balla qiymətləndirilən inzibati xətalara görə sürücülər barəsində təyin edilən cərimə balları, toplanmış ballar haqqında məlumatların Sistemə daxil edilməsi;

 

- axtarışı və ya saxlanılması barədə qərar qəbul edilmiş nəqliyyat vasitələrinə dair məlumatların Sistemə daxil edilməsi;

 

- mövcud olan dövlət qeydiyyat nişanlarının rəqəm və ya hərf kombinasiyaları barədə məlumatların Sistemə daxil edilməsi;

 

- nəqliyyat vasitələrinin aqreqat (mühərrik, şassi, ban) nömrələri və rəngi barədə məlumatların Sistemə daxil edilməsi;

 

- nəqliyyat vasitələrini idarəetmə hüququ olan şəxslərin belə hüququnun məhdudlaşdırılması və ya bu hüquqdan məhrum edilməsi barədə məlumatların Sistemə daxil edilməsi;

 

- yol-nəqliyyat hadisələri, onların iştirakçısı olmuş nəqliyyat vasitələri, hadisə nəticəsində maddi zərər dəymiş nəqliyyat vasitələri (foto və video görüntüləri əlavə edilməklə) və xəsarət almış şəxslər barədə məlumatların Sistemə daxil edilməsi;

 

- Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məlumatların Sistemə daxil edilməsi;

 

- foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarın əlavə edilmiş materiallarla birlikdə Sistem vasitəsilə kağız daşıyıcıda çap olunaraq, “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılması məqsədilə həmin sənədlərin Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətə verilməsinin təmin edilməsi;

 

- Sistem vasitəsilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məlumatların Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyinə ötürülməsinin təmin edilməsi;

 

- Sistem vasitəsilə nəqliyyat vasitəsinin dövlət texniki baxışından keçirilməsi barədə elektron talonun, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarın real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, habelə həmin Məcəllənin 125.5-ci maddəsində nəzərdə tutulmuş məlumatların Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq “ASAN ödəniş” sisteminə göndərilməsi;

 

- Sistem vasitəsilə mövcud dövlət qeydiyyat nişanlarının rəqəm və ya hərf kombinasiyaları üzrə dövlət qeydiyyat nişanlarının verilməsi;

 

- Sistem vasitəsilə nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi barədə elektron talonların tərtib olunması, habelə dövlət texniki baxışı zamanı nəqliyyat vasitələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavədə nəzərdə tutulmuş nasazlıqlar aşkar edildikdə nəqliyyat vasitəsinin sahibinə həmin nasazlıqlar barədə bildirişlərin verilməsi, eləcə də dövlət texniki baxışından sonra beynəlxalq sərnişin və yük daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sahiblərinin müraciəti əsasında onlara, həmçinin kağız daşıyıcıda dövlət texniki baxış talonunun verilməsi;

 

- Sistem vasitəsilə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin, elektron tərəzilərin və parkomatların göstəricilərinin ilkin mənbədən real vaxt rejimində əldə edilməsi, emalı, sənədləşdirilməsi və icraya yönəldilməsi;

 

- Sistem vasitəsilə sorğu və təlim işlərinin mərkəzləşdirilmiş qaydada aparılması;

 

- Sistem çərçivəsində verilən sənəd blanklarının və bu blankların hərəkətinin uçotu;

 

- Sistemdaxili audit fəaliyyətinin aparılması;

 

- müvafiq statistik məlumatların və hesabatların hazırlanması.

 

Operatorun əməkdaşları bu Əsasnamədə qeyd edilən tədbirlərin görülməsi üçün gücləndirilmiş elektron imza vasitəsilə eyniləşdirildikdən sonra Sistemə daxil olurlar.

 

Sistemə daxil edilən məlumat və sənədlər, habelə Sistem vasitəsilə verilən məlumat və sənədlər operatorun əməkdaşlarının gücləndirilmiş elektron imzası ilə təsdiq edilir. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olan dövlət orqanlarının (qurumlarının) Sistemdən istifadəsi onların informasiya ehtiyatları və sistemləri Qaydalara uyğun olaraq Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edildikdən sonra məlumat mübadiləsinin həyata keçirilməsi yolu ilə təmin edilir.

 

Sistemin fəaliyyətində iştirak edən və informasiya sistemlərinə və ehtiyatlarına malik olmayan dövlət orqanları (qurumları) tərəfindən Sistemdən məlumatın elektron qaydada əldə edilməsi gücləndirilmiş elektron imza ilə eyniləşdirildikdən sonra elektron kabinet vasitəsilə həyata keçirilir.

Tarix: 22 Sentyabr 2022, 17:17   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin