BURADA REKLAMINIZ OLA
BİLƏR

Almaniya səfərbərlikdən yayınan rusiyalı fərariləri qəbul etməyə hazır olduğunu bəyan etdi

Almaniya rusiyalı fərariləri qəbul etməyə hazırdır.

 

Bu barədə “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində Almaniyanın daxili işlər naziri Nensi Fizer deyib.

 

O, Rusiyada qismən səfərbərliyin elan edilməsindən sonra döyüşməkdən imtina edən çağırışçıların repressiyaya məruz qalmamaları üçün Almaniyada sığınacaq tapa biləcəklərini qeyd edib.

 

“Ciddi repressiya ilə təhdid edilən fərarilər bir qayda olaraq Almaniyada beynəlxalq müdafiə ala bilərlər”, - deyə daxili işlər naziri bildirib.

 

APA

Tarix: 22 Sentyabr 2022, 21:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin