BURADA REKLAMINIZ OLA
BİLƏR

Hacı Surxay işdən çıxarılıb?

Sosial şəbəkələrdə Hacı Surxayın və digər əməkdaşların Suraxanı rayonunda yerləşən "Fatimeyi-Zəhra" məscidindən uzaqlaşdırılmasıyla bağlı xəbərlər yayılıb.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məsələ ilə bağlı açıqlama verilib.

 

Komitədən bildirilib ki, bu, müsahibə əsasında baş verib:

 

"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 24 may 2022-ci il tarixində “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na uyğun olaraq 39 vakant vəzifənin tutulması üçün müsahibə elan olunub. Mirnasir Mirbağır oğlu Nağıyev (imam), Fərid Əli oğlu Qasımzadə və Ayaz Gülağa oğlu Həşimov (imam müavinləri) 02 avqust-13 avqust tarixlərində keçirilən müsahibədə uğur qazanaraq müvafiq vəzifələrə təyin olunublar.

 

Sentyabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış sahəsində yerləşən “Xanım Fatimeyi Zəhra” məscidinə təyin olunmuş din xadimlərinin təqdimatı keçirilib".

 

Yenisabah.az

Tarix: 23 Sentyabr 2022, 06:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin