BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə koronavirus xəstəsindən rüşvət alan həkimlə bağlı qərar çıxardı

Ali Məhkəmədə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinin sabiq müdiri Fazil Əliyevin barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, hökm və ya qərar dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fazil Əliyev 4 il müddətinə azadlıqdan mərhum edilib.

 

Qeyd: 2021-ci ilin aprelində Sabirabad rayonu, Suqovuşan kənd sakininin koronavirus infeksiyasına (COVID-19) yoluxmaqla stasionar şəraitdə müalicəyə ehtiyacı olan qohumunun Rayon Mərkəzi Xəstəxanasının Fazil adlı həkimi tərəfindən xəstəxanaya yerləşdirilməsi müqabilində 1 000 ABŞ dolları məbləğində pul alması barədə Sabirabad Rayon Prokurorluğuna müraciəti daxil olub.

 

Aparılan araşdırmalarla müəyyən edilib ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinin müdiri, koronavirus xəstələrinin müayinə və müalicələri üzrə koordinatoru həkim Əliyev Fazil Məhərrəm oğlu koronavirus infeksiyasına (COVID-19) yoluxan şəxsin qohumundan qeyd edilən xəstəxanaya yerləşdirilərək müalicə olunması üçün 1 000 ABŞ dolları məbləğində pul vəsaitini rüşvət qismində alıb, sonradan isə həmin xəstə müalicə olunduğu xəstəxanada vəfat edib.

 

Toplanan material üzrə fakta görə Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb, Fazil Əliyev 23 aprel 2021-ci il tarixdə həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.

 

Kamal Məmmədov

Tarix: 23 Sentyabr 2022, 07:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin