Bu gün Ukraynanın Rusiyanın nəzarətində olan 4 vilayətində Rusiyaya birləşməklə bağlı “referendum” keçirilir.
Pravda.az xəbər verir ki, səsvermənin keçiriləcəyi Donetsk, Luqansk, Xerson və Zaporoje vilayətləri Ukraynanın ərazisinin 15%-ni əhatə edir. Cümə günü başlayan “referendum” çərşənbə axşamınadək davam edəcək.
Qərb referendumu qeyri-legitim hesab etdiyini bəyan edib və bunun Rusiya tərəfindən Ukrayna ərazilərinin ilhaqında prekursor kimi istifadə edildiyini bildirib.