BURADA REKLAMINIZ OLA
BİLƏR

Partiya sədri: “Rusiyadakı azərbaycanlılar səfərbərlikdən yayınmalıdırlar”

“Rusiya Prezidenti Vladimir Putinin qismən səfərbərlik elan etməsi və 300 min nəfəri orduya cəlb etmək tapşırığı Rusiya-Ukrayna cəbhəsində ən qanlı mərhələnin başlanğıcıdır. Təbii ki, Rusiyada yaşayan azərbaycanlılar və vicdanlı insanlar səfərbərlikdən yayınmağa çalışmalı, bu ədalətsiz müharibədə iştirak etməməlidirlər. Ancaq bu, o qədər də asan deyil. Bütün “zor” aparatı, Rusiyanın güc strukturları hərəkətə keçib. Biletlərin qiymətləri həddindən artıq bahadır. Bu vəziyyətdə səfərbərlikdən yayınmaq, təbii ki, çox çətindir. Lakin ləyaqətli, vicdanlı insanlar bu işğalçı hərəkətlərdə iştirak etməmək üçün səfərbərlikdən yayınmağa çalışmalı, bu cinayətlərə şərik olamamaq üçün əlllərindən gələni etməlidirlər”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

 

O, bildirib ki, eyni zamanda Ukraynanın 4 vilayətində referendum keçirilir:

 

“Refendumun nəticələrini indidən demək olar. Bundan sonra həmin ərazilər, hansı ki onların bəziləri bütünlüklə, bəzilərinin bir hissəsi Rusiyanın nəzarətindədir, Rusiya ərazisi elan olunacaq. Ukrayna ordusunun hücumları Rusiya ərazisinə hücum kimi qiymətləndiriləcək. Bu halda Rusiyanın hərbi doktrinasına görə, prezidentin nüvə silahından istifadə etmək səlahiyyəti var. Əgər Rusiya ərazisinə təcavüz olarsa, Rusiya nüvə silahından istifadə edə bilər. Refendum keçirməkdə, bu əraziləri Rusiya ərazisi elan etməkdə məqsəd taktiki nüvə silahlarından istifadə edərək Ukraynanın müqavimətini qırmaqdır. Rusiya hərbi əməliyyatların gedişindən narazıdır. Rəsmi Moskva hesab edir ki, bütün dünya ona qarşı vuruşur və onun taktik nüvə silahlarından istifadə etmək haqqı var. Bu barədə həm ABŞ, həm Böyük Britaniya kəşfiyyatı tərəfindən dəfələrlə xəbərdarlıq edilib. Mən də bunu dəfələrlə demişəm. Bəzən mənə qarşı çox ciddi etirazlar olub. Son dərəcə təhlükəli vəziyyət yaranıb. Dünya çox ağır sınaq qarşısındadır. Nə qədər etiraf etməsələr də, hamı son dərəcə narahatdır”.

 

Aytəkin Qardaşova

Tarix: 23 Sentyabr 2022, 13:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin