Paşinyan Əliyevdən Bakının tanıdığı Ermənistanın xəritəsini göstərməsini xahiş edib.
Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib. O, çıxışında sentyabrın 12-dən 13-nə keçən gecə "Azərbaycanın Ermənistana hücumundan” danışıb.
Onun sözlərinə görə, Azərbaycan Ermənistan ərazisinin bir hissəsini "işğal etməyə hazırlaşır”.
Paşinyan İlham Əliyevə xahişlə müraciət edərək Bakının tanıdığı Ermənistanın xəritəsini göstərməsini istəyib.
"Siz Ermənistanın ərazi bütövlüyünü tanıdığınız və ya tanımağa hazır olduğunuz Ermənistan xəritəsini göstərə bilərsinizmi?”, – deyə Paşinyan Azərbaycan Prezidentinə müraciət edib.