BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycandakı Rusiya banklarının taleyini nə gözləyir?

“Bu gün Azərbaycanda fəaliyyət göstərən Rusiya bankları tək Rusiya ilə əməliyyatları deyil, eyni zamanda Azərbaycanda fəaliyyət göstərən digər bankların xidmətlərini həyata keçirirlər. Sözsüz ki, həmin bankları müəyyən çətinliklər gözləyir. Amma ciddi porblemlə üzləşəcəklərini zənn etmirəm. Çünki rus bankları artıq Azərbaycanda uzun müddətdir fəaliyyət göstərirlər və fəaliyyətlərini Azərbaycanın iqtisadiyyatına uyğun formalaşdırıblar”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli deyib.

Ekspert bildirib ki, Azərbaycandakı rus banklarının əsas problemi Rusiya ilə köçürmələrlə bağlı yarana bilər: “İndiki məqamda Rusiyada qismən səfərbərlik elan edilib. Rusiya vətəndaşlarının valyutalarının ölkəmizə axını gözlənilir. Bu, hesab edirəm, Azərbaycandakı Rusiyaya aid banklarda müəyyən canlanmaya və aktivliyə səbəb olacaq. Rusiya banklarının Azərbaycanda sayı çox deyil, təxminən, üçə yaxındır. Həmin bankların kapitalı rus iş adamlarının kapitalı əsasında formalaşsa da, sözsüz ki, bu kapital artıq Azərbaycandadır. Hesab edirəm, bankların və təsisçi kapitalına elə bir əhəmiyyətli təhlükə gözlənilmir”.

 

Aytəkin Qardaşova

Tarix: 23 Sentyabr 2022, 14:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin