BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Əxlaqla bağlı davranışların nəzarətdə saxlanılmasında polislər yaxından iştirak edirlər”

“Azərbaycan “əxlaq polisi”nin yaradılmasına ehtiyac olduğunu düşünmürəm. Buna zərurət də yaranmayıb. Əxlaq polisi ilə bağlı daha çox İranın adı hallanır. Təklif edilir ki, İranda olduğu kimi, bizdə də “əxlaq polisi”nin yaradılmasına ehtiyac var. Əsla belə deyil”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

 

Deputat bildirib ki, Azərbaycan polisi vətəndaşların təhlükəsizliyini qoruduğu kimi, xarici qonaqların, turistlərin də təhlükəsizliyini kifayət qədər qoruyur: “Eynilə əxlaqla bağlı məsələlərdə də davranışların nəzarətdə saxlanılmasında polislərimiz yaxından iştirak edirlər. Milli dəyərlərimiz var və bu dəyərlərə bağlı insanlarıq. Bu, bizə keçmişdən, babalarımızdan gəlir. Çalışıb bu dəyərləri qorumalıyıq. İmkan verməməliyik ki, hansısa ölkənin vətəndaşları turist şəklində gələrək dəyərləmizi dəyişsinlər. Polis də istər küçələrdə, istərsə də xüsusi ictimai yerlərdə bu məsələlərə, təbii ki, ciddi nəzarət həyata keçirir”.

 

Aytəkin Qardaşova

Tarix: 23 Sentyabr 2022, 15:15   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin