BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəhid ailələrinə qarşı dələduzluq edən sayt rəhbərinə 7 İL CƏZA

Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən Fərid Abdinovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.
 

Qeyd: Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata əsasən, vətəndaşlar Ü.Əsədova, K.İsmayılova və E.Eynullayev DİN-ə müraciət edərək Bakı şəhər sakini Fərid Abdinovun onlara müxtəlif vədlər verərək etibarlarından sui-istifadə etməklə külli miqdarda pul vəsaitlərini ələ keçirdiyini bildiriblər.


Vətəndaşların şikayətləri araşdırılmış və onların F.Abdinov barədə qeyd etdikləri qanunsuz əməllər təsdiqini tapıb.


Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, Fərid Abdinova ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.


İstintaqla müəyyən edilib ki, F.Abdinov dələduzluq yolu ilə zərərçəkənlərin ümumilikdə 178 min manat pulunu ələ keçirib.


Xatırlatma: Sosial şəbəkələrdə Fərid Abdinov adlı şəxsin şəhid ailələrini aldadaraq, onlardan pul alması barədə məlumatlar yayılıb. İddia olunub ki, o, xəstə övladı olan insanlardan, o cümlədən, şəhidlərimizin həyat yoldaşlarından müxtəlif məbləğlərdə pul alaraq, onlara müxtəlif vədlər verib, onların etibarından sui-istifadə edərək külli miqdar vəsaitlərini ələ keçirib. Bundan başqa, MİDA-dan mənzil almağa kömək edəcəyini vəd edərək, vətəndaşdan 18 000 manat pul alıb.


Fərid Abdinov “Azərbaycanın səsi” internet saytının təsisçisidir.

 

Kamal Məmmədov 

Tarix: 23 Sentyabr 2022, 19:35   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin