Ukraynadakı vəziyyətlə əlaqədar valideynlərindən birini itirmiş daha bir qrup ukraynalı uşaq Azərbaycana gətirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gələn 29 azyaşlı uşaq düşərgələrinə yerləşdiriləcək.
Nazirlikdən verilən məlumata görə, uşaqlar Bakı və Qəbələ şəhərlərində təşkil olunan 15 günlük düşərgədə sosial reabilitasiya keçəcəklər. Düşərgə müddətində onlar mütəxəssislər tərəfindən müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunacaqlar.
3000-dən çox müəllim maaşına 35 faiz əlavə alacaq
Baş prokurorun müavini: Gənclərin dövlət idarəetmə sistemində təmsil olunmaları üçün yüksək şərait yaradılıb