Prezident İlham Əliyev "Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında" sərəncam imzalayıb.
Pravda.az xəbər verir ki, sərəncam təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi, əhalinin və ətraf mühitin bu obyektlərdə baş verə biləcək qəzalardan qorunması və bu sahədə fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) işinin əlaqələndirilməsi məqsədilə imzalanıb.
Sənədə əsasən, təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə aşağıdakı tərkibdə Koordinasiya Komissiyası yaradılıb:
Komissiyanın sədri
Azərbaycan Respublikası Baş nazirinin müavini
Komissiyanın üzvləri
Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri
Azərbaycan Respublikasının daxili işlər naziri
Azərbaycan Respublikasının iqtisadiyyat naziri