Sentyabrın 23-də Xızı rayonu, Yuxarı Əngilan kəndinin yaxınlığından başlayan, sonradan güclü külək nəticəsində kəndlə sərhəd ərazidə yerləşən Altıağac Milli Parkına keçən yanğının baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər görülür.
Pravda.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə məlumatında bildirilib. Qeyd edilib ki, aparılan ilkin araşdırmaların nəticəsi olaraq yanğının ərazidə ocaq qalanması nəticəsində başladığı ehtimal edilir.