Bu gün güzəştli mənzilə sahib olmaq istəyən 10 mindən artıq şəxs seçimdə iştirak edib. Qısa zaman ərzində Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən seçimlərə çıxarılan mənzillər satılıb. Əgər kimsə 1 gün ərzində həmin mənzili almaqdan imtina edərsə ayın 28-i həmin mənzillər təkrar seçimə çıxarılacaq
Bu gün Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən güzəştli mənzillərin satışı həyata keçirilib. Qurum tərəfindən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 18 binada 815 güzəştli mənzili satışa çıxarılıb. Saat 15:00-da başlayan proses qısa zamanda yekunlaşıb. Güzəştli mənzilə sahiblənmək istəyən 10 mindən artıq vətəndaş seçimdə iştirak edib.
Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Fərman Qurbanlı deyib ki, kiberhücumların qarşısını almaq üçün sistemdə təhlükəsizlik tədbirləri gücləndirlib.