BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabahın hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin səhər yarımadanın bəzi yerlərində az çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.


Pravda.az xəbər verir ki, bu haqda Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 


Havanın temperaturu gecə 16-19° isti, gündüz 21-23° isti olacaq. Bakıda gecə 17-19° isti, gündüz 21-23° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.


Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şərq rayonlarında az yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman gözlənilir. Mülayim şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 15-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 4-7° isti, gündüz 8-13° isti olacaq.

Tarix: 25 Sentyabr 2022, 12:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin