BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Səfərbərlik elan edildikdən sonra Rusiyanı tərk edən kişilərin sayı açıqlandı

Prezident Vladimir Putinin qismən səfərbərlik elan etməsindən sonra Rusiyanı 261 min kişi tərk edib.

 

Bu barədə “Novaya qazeta. Yevropa” Rusiya Prezident Administrasiyasındakı mənbəyinə istinadən xəbər verir.

 

Kreml daxilində hərbi yaşda olan kişilər üçün sərhədlərin bağlanması ilə bağlı müzakirələr sentyabrın 21-də Rusiyanı tərk edən kişilərin sayı ilə bağlı Federal Təhlükəsizlik Xidmətinin rəqəmləri bildirməsindən sonra başlayıb.

 

“Prezident Administrasiyasında elə bir atmosfer var ki, təhlükəsizlik qüvvələri və Müdafiə Nazirliyi Putini çox gec olmadan çıxışı bağlamağa inandıra biləcək”, - Prezident Administrasiyasının adı çəkilməyən rəsmisi qeyd edib.

 

Qeyd edək ki, sentyabrın 21-də Rusiya müdafiə naziri Sergey Şoyqu qismən səfərbərlik çərçivəsində orduya 300 min nəfərin çağırılacağını bildirmişdi.

 

Report

Tarix: 26 Sentyabr 2022, 00:43   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin