BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatla din xadimi arasında qalmaqal: “Belə həyasızlıq ancaq iransifətlərdə olar...”

İlahiyyatçı Surxay Məmmədli Milli Məclisin deputatı Fazil Mustafanın “kişilər ağlamaz” fikirləri ilə bağlı çıxış edib. Deputat isə ilahiyyatçının mövqeyini sərt tənqid edib.

 

Pravda.az xəbər verir ki, F.Mustafa sözlərinin təhrif olunduğunu bildirib.

 

“Belə həyasızlıq ancaq iransifətlərdə olar. Sözü belə təhrif edirlər. “Quran” ayəsini də beləcə təhrif edib, Peyğəmbərə, onun ailəsinə böhtan atmışdılar. Bunlar hamısı “ağa”nın və “dığa”nın müştərək nökərləridir. Bəli, nə müsəlman, nə də azərbaycanlı kişisi başına, sinəsinə döyüb yasda ağlamayıb. Bunu bizə iranlılar gətiriblər, həm də din adı ilə. Bizim çıxışımzda da ancaq bu davranışdan söhbət gedir. Bu çıxışı qəsdən qayçılayıb, “kişi ağlamaz” sözünü dövriyəyə soxurlar. Utanmadan sevgili Peyğəmbərimizdən misal gətirirlər. İnsan varsa, kədərlənmək də var. Ancaq harada eşitmisiniz, oxumusunuz ki, Peyğəmbərimiz, səhabələr, imamlar başına-gözünə döyüb ağlasınlar? Təmkinlə, qışqırıqsız, kədərlə göz yaşı töküblər. Ona görə də deyirik ki, kişi iranlı kimi, Surxay kimi və başqaları kimi ağlamaz, ən ağır şərtlərdə belə təmkinlə göz yaşı axıdar, başqasına nümayiş etdirməyə çalışmaz. Şəhidlərimizin tədbirlərini Qumdan aldığı təlimatlarla ideoloji təbliğat yerinə çevirməz. Baxın, məscidlərimiz bu “ağa-dığa” nökərlərinin əlində qonşu ölkənin ideoloji istismar yerinə çevrilib. Xurafatı, mövhumatı bu cür yaramazların ağzı ilə məmləkətimizə yayırlar. Ona görə də bütün ləyaqətli, vətənsevər Azərbaycan vətəndaşları ayıq-sayıq olmalıdırlar. Baxın, bircə cümlə belə bu satqınlar İranın ermənilərə verdiyi dəstəkdən danışmazlar, sərhədimizə qoşun yığan dövlətə iradlarını belə bildirməzlər. Vətənin dar günündə bunlar ölkəmizə qarşı “ağa”larından və “dığa”larından aldıqları təlimatlarla çıxış edəcək qüvvələrdir. Buna məscidlərimizdə xütbə söyləməyə imkan verənlər utansın, özümüz öz əlimizlə bu dövlətin düşmənlərinə tribuna verib, təbliğat imkanları yaradırıq”, - deputat deyib.

 

Aytəkin Qardaşova

Tarix: 26 Sentyabr 2022, 11:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin