BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“YAŞAT” tələbə adını qazanmış şəhid övladlarına 2000 manat pul mükafatı təqdim etdi

 “YAŞAT” bu il də tələbə adını qazanmış şəhid övladlarına 2000 manat pul mükafatı təqdim edib.

 

Bu barədə Fonddan məlumat verilib.

 

“YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov 2022-2023-cü tədris ili üzrə rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid övladları ilə görüşüb.

 

Beləliklə, Fond tərəfindən onlara birdəfəlik pul mükafatı - 2000 AZN təqdim edilib.

 

Məlumatda qeyd olunub ki, ilk dəfə tələbə adını qazanan şəhid ailəsi üzvləri və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçular təqaüdlə bağlı ətraflı məlumatı 8110 Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərlər.

Tarix: 26 Sentyabr 2022, 14:49   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin