Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Müdafiə nazirinin siyasət məsələləri üzrə müavini Koln Kahl ilə görüşüb.
Hikmət Hacıyev ABŞ Müdafiə nazirinin müavini ilə təhlükəsizlik məsələlərini müzakirə etdi
Pravda.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.
Görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlıq münasibətləri, o cümlədən regional təhlükəsizlik məsələləri müzakirə olunub.