BURADA REKLAMINIZ OLA
BİLƏR

Tədricən batan şəhərlərin adları açıqlandı

Bir qrup elm adamı Cənubi və Cənub-Şərqi Asiyanın nəhəng sahil şəhərlərinin dünyanın hər yerindən daha sürətlə batdığını göstərən araşdırma aparıb.

 

Onlar baş verənləri sürətli urbanizasiya ilə əlaqələndiriblər. Belə ki, alimlərin fikrincə, şəhərlərdə əhalinin artması qrunt sularının həddindən artıq aktiv istehlakına səbəb olub.

 

Sürətlə batan şəhərlər sırasına Vyetnamın ən sıx şəhəri və əsas biznes mərkəzi olan Hoşimin, Banqladeşin cənubundakı Çittaqonq, Hindistanın Əhmədabad şəhəri, İndoneziyanın paytaxtı Cakarta və Myanmanın ticarət mərkəzi Yanqon daxildir.

 

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Paneli daha əvvəl bəyan etmişdi ki, 2050-ci ilə qədər bir milyarddan çox insan dəniz səviyyəsinin qalxması riski altında olan sahil şəhərlərində yaşayacaq.

 

Oxu.az

Tarix: 27 Sentyabr 2022, 07:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin