BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabir Rüstəmxanlı: “Güney Azərbaycan müstəqil dövlət qurmaq istəyəcəksə, bunu yalnız alqışlaya bilərik...”

“Azərbaycan iki əsrdir parçalanmış vəziyyətdədir. Təbii ki, bu cür parçalanmış vəziyyətdə əbədi qala bilməz. Günün birində Azərbaycan hökmən birləşəcək. Lakin bu, nə vaxt olacaq, indi demək çətindir. Hadisələri sürətləndirməyə ehtiyac yoxdur…”

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Cənubi Azərbaycan Respublikasının yaradılacağı ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib.

 

Deputat vurğulayıb ki, İranda gedən proseslər izlənilməlidir: “Azərbaycan dövləti hər zaman İranın torpaq bütünlüyünü dəstəkləyib. İranın sərhədlərinin toxunulmazlığını qəbul etmişik ki, onlar da bizə bu cür yanaşsınlar. Təəssüf ki, həmişə işğalçı Ermənistanın yanında olub, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini müdafiə ediblər və s. İndi gedən proseslərdə ilk növbədə İrandakı rejim bütövlüklə dəyişilməlidir. Bu, anti-insani, zorakı, dini siyasiləşdirən, dini millətləri əzmək vasitəsinə çevirən rejim dəyişilməlidir. Rejim dəyişiləndən sonra artıq seçim oradakı xalqın seçimidir. Güney Azərbaycan xalqı özü İrandan ayrılıb müstəqil dövlət qurmaq istəyəcəksə, bu yolu tutacaqsa, təbii ki, ondan sonra Azərbaycan bu prosesə mənəvi dəstək verə bilər. Millətin belə bir seçimi olarsa, biz bunu yalnız alqışlaya, yalnız bundan sonra öz güneyli qardaşlarımıza köməklik edə bilərik. Onsuz da həmişə Güney Azərbaycanla Quzey Azərbaycan mənən birdir”.

 

Aytəkin Qardaşova

Tarix: 27 Sentyabr 2022, 15:28   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin