Rusiya Prezidenti Vladimir Putinin ötən həftə ölkədə qismən səfərbərlik elan etməsi rus xalqında panika və narahatlığa səbəb olub.
Pravda.az xəbər verir ki, bundan sonra Rusiya vətəndaşları viza tələb etməyən Türkiyə, Azərbaycan və Ermənistana qaçmaq üçün həm hava limanı, həm də şəxsi avtomobiləri ilə sərhədlərə axın ediblər. Çox bahalı təyyarə biletlərinə belə pul xərcləyən hərbi xidmətə yararlı ruslar bu cür biletlər tapa bilmədikdə daha çox xərcləməkdən çəkinmirlər.
Belə ki, Rusiya vətəndaşlarının hərbi xidmətdən yayınmaq üçün şəxsi təyyarə kirayə etdikləri ortaya çıxıb. Bunun üçün 27 min dollar pul verən ruslar kirayə etdikləri təyyarələr ilə yuxarıda qeyd edilən 3 ölkəyə qaçırlar.