BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 34 yaşlı şəxsi bıçaqlayan azadlığa buraxıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində 34 yaşlı şəxsi bıçaqlamaqda təqsirləndirilən Vahid Sevindiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona şərti cəza verilib və Vahid Sevindiyev məhkəmə zalından azadlığa buraxılıb.


Qeyd: Hadisə bu ilin yanvar ayının 15-də Sabunçu rayonu, Maştağa qəsəbəsi,  Savalan məhəlləsində baş verib.


Belə ki, Vahid Sevindiyev tanımadığı, 1988-ci il təvəllüdlü Mustafayev Allahverdi Mətləb oğlu ilə əvvəlcə mübahisə edib, daha sonra o, həmin şəxsi əlbəyaxa dava zamanı bıçaqlayıb.


Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.


Polis əməkdaşları tərəfindən saxlanılın Vahid Sevindiyevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra onun barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov 

Tarix: 27 Sentyabr 2022, 22:09   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin