BURADA REKLAMINIZ OLA
BİLƏR

““Şimal Axını-1” və “Şimal Axını-2” boru kəmərlərində partlayışlar Rusiyaya sərf edir”

“Gün ərzində Rusiya TV-ləri "Şimal Axını-1" və "Şimal Axını-2" boru kəmərlərində partlayışların ABŞ (Qərb) tərəfindən edildiyi haqqında hay-küy salıb, amma istənilən hadisədə, "bu kimə xeyirdir?" sualı əsas sualdır. Bu hadisə birmənalı şəkildə Rusiyaya sərf edir, AB ölkələri Rusiya qazına və neftinə tavan qiymət qoymaq istəyir, cavab olaraq da Rusiya qaz/neftin satışını tamam dayandıracığını açıqladı. Amma indi isə az həcmdə satdığı qaza/neftə görə daha çox qazanmaq istəyir. Bu gün boru kəmərlərində baş verən hadisə qazın qiymətini 11%, neftin qiymətini isə 3% artırdı. Rusiya artıq xeyir görür, amma əsas hədəf bu deyil”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

 

“Hədəf odur ki, qış öncəsi AB ölkələrində çox ciddi yanacaq böhranı yaransın, bu da əhalinin öz hökumətlərinə qarşı daha sərt təpgi verməsi ilə nəticələcək, yəni Rusiya Qərblə özündə olmayan demokratiyanın təsir rıçaqları ilə mübarizə aparır, Qərbi özündə klounadaya çevirdiyi seçkilərlə (referendum da daxil) vurur. Amma burda Qərbin də ciddi səhvi var - hədəf Rusiyanın az qazanması, iqtisadi böhrana salınması, rublun dəyərsizləməsi idisə, atılan addımlar məntiqsiz oldu, tərsinə işlədi. Rusiyaya təsir edəcək ən böyük və ən sərt sanksiya neft/qazın qiymətinin kəskin enməsi ola bilərdi, neft 40 dollar, qazın 1000 m3-i 150 dollar olsaydı, Rusiya heç müharibəyə də başlamazdı. Amma qlobal gündəmi tələsik "enerji keçidi" elan edən güclərə ucuz neft/qaz sərf etmir, 40 dollara neft, 150 dollara qaz olsa, heç kim bərpaolunan enerjiyə yatırım qoymaz, bu sərf etməz. Deməli baha enerji daşıyıcıları tək Kremlə sərf etmir...” – N.Cəfərli qeyd edib.

Tarix: 27 Sentyabr 2022, 23:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin