“Cəmiyyətdə orta məktəb direktorlarının, bağça müdirlərinin rüşvət almaları ilə bağlı fikirlər səsləndirilir. Bəzi xəbər saytları da bu cür fikirləri tirajlayırlar. İstənilən halda hər hansı bir hadisə barədə fikir bildirdikdə, ittiham səsləndirdikdə konkret faktlara söykənilməlidir. Bağçalarda, məktəblərdə rüşvət olması ilə bağlı məndə hər hansı bir məlumat yoxdur. Belə hallar varsa, bu, çox ciddi və cinayət tərkibli məsələdir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva deyib.