BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Fazil Mustafa: “Şəhid məzarlarının üzərindən Türkiyənin bayrağının götürülməsi yanlış addımdır”

“Şəhid məzarlarının üzərindən qardaş Türkiyənin bayrağının götürülməsi yanlış, yanlış və yanlış addımdır. Kimlər edibsə dərhal bu yanlışı düzəltməlidir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa bildirib.

 

“Şuşa Bəyannaməsini unudublar, deyəsən. Unudublar ki, Şəhidlər Xiyabanında uyuyan 1300 Qafqaz-İslam ordusunun əsgəri Azərbaycanın istiqlalı üçün şəhid olub. Azərbaycan və Türkiyə qardaş olduqları üçün onların şəhidləri də birlikdə anılmalı, bayraqları da birlikdə dalğalanmalıdır. Biz, yəni sağlam düşünən, ləyaqəti olan Azərbaycan insanı üçün əsl şəhadət məktəbi məmləkətimizin azadlığı üçün çiyin-çiyinə döyüşən və millətimizi müstəqil dövlətə qovuşduran müzəffər Qafqaz-İslam Ordusunun Türkiyəli və Azərbaycanlı əsgərlərinin birgə qəhrəmanlığıdır. Dörd il öncə bu qardaşlığı qeyd etdiyimiz 100 illiyin paradında da, Böyük Zəfər paradında da Azərbaycan Prezidenti Türkiyə Prezidenti yanaşı durub dosta güvən, düşmənə dərd verirdilər, bayraqlarımız da birlikdə dalğalanırdı. Odur ki, bayraqlarımız hər zaman və hər yerdə birlikdə dalğalanmalıdır. Şəhid məzarları rəsmi protokol yeri olmasa da, mənəvi protokol yerimizdir. Mənəvi protokolumuzu kimlərsə pozmağa çalışmasın. Necə deyərlər, bir millət – iki bayraq, hər vaxt bir yerdən asaq” – F.Mustafa qeyd edib.

Tarix: 28 Sentyabr 2022, 10:50   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin