BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Şuşa ilə bağlı yeni sayt fəaliyyətə başladı

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin icra etdiyi “Şuşanı tanıyaq, tanıdaq!” layihəsi  çərçivəsində sayt fəaliyyətə başlayıb.

 

Təşkilatdan Pravda.az-a verilən məlumata görə, sayt loveshusha.com adlanır.

 

Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən saytda layihə çərçivəsində görülən işlər, Şuşanın tarixi, Vətən Müharibəsindən sonra şəhərdə qısa müddət ərzində gerçəkləşdirilən layihələrlə bağlı məlumatların yerləşdirilməsi nəzərdə tutulur.

 

Saytın “Mədəniyyət” bölməsində Şuşada keçirilən mədəni tədbirlərlə bağlı geniş məlumatlar verilir. Qalereya bölməsində Şuşanın bu günü ilə bağlı foto və videolar yerləşdirilir. Elektron nəşrdə tanınmış şuşalılardan müsahibələrə, Şuşa sakinlərinin doğma şəhərləri ilə bağlı xatirələrinə də yer verilir. Bundan başqa işğal zamanı Şuşa sakinlərinin Şuşadan çıxardığı mənəvi dəyəri olan əşyalarla da bağlı foto və yazılı məlumatların sayta yerləşdirilməsi nəzərdə tutulur.

 

Qeyd: loveshusha.com  saytının fəaliyyəti layihə bitdikdən sonra təşkilatın əməkdaşları və könüllülərin sayəsində davam etdiriləcək.

Tarix: 28 Sentyabr 2022, 12:06   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin