BURADA REKLAMINIZ OLA
BİLƏR

Tehran Bakı ilə İrəvan arasında dialoq platforması yaratmağa hazırdır

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyovla görüşüb.

 

Görüşdə ikitərəfli münasibətlərdəki son hadisələr, Qafqaz regionunda vəziyyət və İranın fundamental mövqeləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Abbas Musəvi beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişməzliyi və İranın regiondakı həyati və uzunmüddətli maraqlarına zidd olan geosiyasi dəyişikliklərin olmaması ilə bağlı Tehranın mövqeyini çatdırıb.

 

Səfir İranın davamlı sülh əldə etmək üçün şimal qonşularına kömək etməyə, eləcə də bunun üçün İranın Tehranda ikitərəfli, üçtərəfli görüşlər və “3+3” regional təşəbbüsünün keçirilməsinə hazır olduğunu bildirib.

 

APA

Tarix: 28 Sentyabr 2022, 13:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin