Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Qızılgül Musayevanın cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
İttihama görə, Qızılgül Musayeva “Metropark” Ticarət Mərkəzinin yaxınlığında yeni tikilən binadan 50 kv/m sahəli mənzil alacağına dair paytaxt sakini, uzaq qohumu Fəridə Quliyevaya yalan vəd verib.