BURADA REKLAMINIZ OLA
BİLƏR

İran Prezidenti Məhsa Əmininin ölümündən danışdı

İran Prezidenti İbrahim Rəisi dövlət televiziyası vasitəsilə Məhsa Əmininin ölümü ilə bağlı məsələlərə toxunub.

 

İbrahim Rəisi Məhsa Əmini xəstəxanaya aparılanda Səmərqənddə olsa da, hadisənin araşdırılması üçün vəzifəli şəxslərə təlimat verdiyini açıqlayıb.

 

Rəisi Əmininin ölüm xəbərini eşitdikdən sonra ailəsinə zəng edərək başsağlığı verdiyini vurğulayıb.

 

“Bunun mənim və hər bir iranlı üçün pis xəbər olduğunu və məsələni izləyəcəyimi onlara dedim. Mövzunu izləmək bizim vəzifəmizdir, məqsədimiz şəffaflıq və ədalətin tətbiq edilməsidir”, - deyə İran Prezidenti əlavə edib.

 

Qafqazinfo

Tarix: 29 Sentyabr 2022, 06:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin